Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

post-img

2025–2026-cı tədris ili üzrə avqustun 5-dən start verilən şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti avqustun 30-u saat 18:00-dək uzadılıb.

Valideynlər övladlarının məktəb yerdəyişməsini “sy.edu.az” portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər.

Təhsil