Sosial Tədqiqatlar Mərkəzi və Təhsil Tələbə Krediti Fondunun apardığı birgə tədqiqat çərçivəsində ekspertlərilə görüş keçirildi.
STM-in “Zəfər” zalında təşkil olunan müzakirədə tələbə kreditlərinin güzəşt və şərtləri, əhatəliliyi və əlçatanlığı kimi müxtəlif məsələlər araşdırıldı.
Ekspertlər tələbə kreditlərinin təkmilləşdirilməsi və genişləndirilməsi, kreditlərinin verilməsi prosesinin daha şəffaf və əlçatan olması ilə bağlı rəy və təkliflərlə çıxış etdilər. Görüşdə fondun fəaliyyətinin daha səmərəli olması ilə bağlı fikir mübadiləsi aparıldı.
STM-in Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli “XQ”yə bildirdi ki, ekspertlərin irəli sürdükləri mülahizə və təkliflər Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sistemləşdirilərək hesabat sənədində nəzərə alınacaq.
R.ABİŞOV
XQ