Fransada təhsil alan azərbaycanlı tələbələrin Forumu keçirilib

post-img

Parisdə Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi və “ALİM” Elmi Assosiaisyasının təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Fransada təhsil alan azərbaycanlı tələbələrin növbəti Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilmiş Forumda səfir Leyla Abdullayeva Azərbaycanın beynəlxalq nüfuzu və çəkisi, regional liderlik rolunun daha da yüksəlməsi və möhkəmlənməsindən danışıb. O, ölkəmizin regionda və dünyada nümayiş etdirdiyi geosiyasi və geoiqtisadi mövqeyini tələbələrə çatdırıb. Böyük güclərin ölkəmizlə bağlı geosiyasi maraqlarından, ölkəmizə qarşı qərəzli mövqelərindən söz açan səfir Azərbaycanın müstəqil xarici siyasətindən bəhs edib. Azərbaycanın sosial-iqtisadi inkişafa dair milli prioritetindən söz açan səfir onlardan birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, həmin prioritetə uyğun olaraq, bu istiqamətdə işlər aparıldığını qeyd edib.

Təhsil