Yaxın gələcəkdə bakalavr təhsil pilləsinə qeydiyyat prosesinin rəqəmsallaşması planlaşdırılır. Bunu mətbuata Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
Onun sözlərinə görə, bu ildən Azərbaycan Texniki Universiteti ilə tamamilə kağızsız formada qeydiyyat prosesinin həyata keçirilməsi planlaşdırılır: “Artıq “mygov” platforması üzərindən magistratura və əlavə təhsillə bağlı qeydiyyat prosesi aktivdir. Yaxın gələcəkdə bakalavr, ondan sonda rezidentura və doktorantura üçün qeydiyyat və qəbul elektron qaydada həyata keçiriləcək.
Rizvan FİKRƏTOĞLU
XQ