Rezidenturaya qəbul imtahanı keçiriləcək

post-img

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi mayın 5-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. 

Bu barədə “XQ”-yə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Təhsil