9 illik təhsil bazasından kolleclərə sənəd qəbulu bu gün başa çatır

post-img

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 15 aprel saat 23:59-da yekunlaşacaq.

Bu barədə “XQ”-yə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Qeyd edək ki, bu gün saat 12:20-yə olan məlumata əsasən, 32237 abituriyent öz ərizəsini təsdiq edib. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Təhsil