Prezident İlham Əliyevin müəllimlərin XVI qurultayının iştirakçılarına müraciəti oxundu

post-img

Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilir. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, baş nazirin müavini Əli Əhmədov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edirlər.

Qurultay Azərbaycan Dövlət Himninin oxunması və şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq, bir dəqiqəlik sükutla öz işinə başlayıb.

Daha sonra Azərbaycan Resbuplikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti oxudu.

Qurultay rəsmi hissədən sonra panellərlə davam edəcək.

Rizvan FİKRƏTOĞLU
XQ



Təhsil