Cari ilin I rübündə dövlət xətti ilə 30 milyon manat ipoteka krediti verilib

post-img

XQ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 30,1 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 6,2 % artaraq 75,8 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2 dəfə azalaraq 100 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 2 dəfə azalaraq 21,3 milyon manat olub.

N.Adilqızı
XQ

 

Sosial həyat