Epidemioloji risklərə dairkeçirilib

post-img

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Sanitar karantin xidməti tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları üçün seminar təşkil olunub. Seminarda Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi qaydalarına uyğun olaraq reqlamentləşdirilmiş xəstəliklərin profilaktikası mövzusu geniş şəkildə müzakirə edilib.

XQ xəbər verir ki, seminarda dünyada mövcud epidemioloji vəziyyət, qış mövsümündə aktual hesab edilən xəstəliklər, eləcə də epidemioloji riski yüksək olan ölkələr, həmçinin əməkdaşların epidemioloji sayıqlığının artırılması, diqqət yetiriləcək məqamlar, profilaktik və əks-epidemik tədbirlər barədə ətraflı məlumat verilib. 





Sosial həyat