İdxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

post-img

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən "NES Group” MMC-nin İtalyadan idxal etdiyi “İnalme s.r.l” müəssisəsinin istehsalı olan ümumi sayı 1011 ədəd olmaqla “Sun Drops daxilə qəbul üçün məhlul-damcı 30 ml” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından nümunələr götürülüb.

Məlumatı XQ-yə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi verib.

Bildirilib ki, müayinələr nəticəsində məhsul partiyasının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

Faktla bağlı qəbul olunmuş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.





Sosial həyat