Dövlət Gömrük Komitəsinin sədri struktur bölmələrdə mövcud vəziyyətlə tanış olub

post-img

Oktyabrın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Gəncə Gömrük İdarəsi, “Gəncə Beynəlxalq Hava Limanı” gömrük postu və Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” və “Böyük Kəsik” gömrük postlarında mövcud vəziyyətlə tanış olub.

XQ xəbər verir ki, Şahin Bağırov gömrük nəzarətinin səmərəliliyinin artırılması, sərhədkeçmə və rəsmiləşdirmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsi, aparılan yenidənqurma işləri, eləcə də nəqliyyat və yük axınlarının idarəedilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələr verib.

 



Sosial həyat