Tovuz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. Görüşdə “Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları” mövzusunda təqdimat nümayiş etdirilib, bu sahədə mövcud normativ-hüquqi aktların tələbləri nəzəri və praktiki olaraq sahibkarların diqqətinə çatdırılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsindən XQ-yə bildirilib ki, “Poçt və ekspres daşımalar” gömrük postunda da xarici ticarət iştirakçıları ilə görüş təşkil edilib. Tədbir zamanı “Gömrük hüquqpozmaları, hüquqpozmaların xarakterinə uyğun (törədilmiş xətaya proporsional olan) məsuliyyət tədbirlərinin tətbiqi məsələləri” barədə məlumat verilib.
Yekunda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.