Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 289 mln. manat çox olmaqla 4 mlrd. 665 mln. manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 281 mln. manat artaraq 3 mlrd. 712 mln. manat olub.
Yanvar-iyul aylarında DSMF-nin xərcləri 4 mlrd. 380 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 375 mln. manat çoxdur.