YAP Mərkəzi Aparatında görüş keçirilib

post-img

İyulun 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin nümayəndələri ilə görüş keçirilib.

YAP-dan XQ-yə bildirilib ki, görüş zamanı səmimi dostluq və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Gürcüstan münasibətlərinin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin dövlətlər arasında çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdikləri qeyd olunub.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov müxtəlif ölkələrin siyasi partiyalarının gənclər təşkilatları ilə fəal əməkdaşlığın qurulduğunu vurğulayıb. O, partiyanın Gənclər Birliyinin beynəlxalq əlaqələrinin genişləndirilməsinin daim diqqət mərkəzində olduğunu söyləyib. YAP Gənclər Birliyinin sədri Bakıda keçirilən Azərbaycan-Gürcüstan Gənclər Forumunun iki ölkənin gəncləri arasında əlaqələrin inkişafına təkan verəcəyinə inamını ifadə edib.

Gürcüstan parlamentinin Təhsil, elm və gənclər komitəsi sədrinin birinci müavini Giorgi Çakvetadze iki dost və tərəfdaş ölkənin gəncləri arasında səmərəli əməkdaşlıq imkanlarının önəmini vurğulayıb. Azərbaycan-Gürcüstan Gənclər Forumunun önəmindən bəhs edən G.Çakvetadze Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə çoxşaxəli əməkdaşlığın qurulması istiqamətində birgə fəaliyyətə hazır olduqlarını bildirib.

Görüşdə hakim partiyaların gənclər təşkilatları arasında gələcək işbirliyinə dair ətraflı fikir mübadiləsi aparılıb.









Sosial həyat