“Gələcəyimizi qoruyaq: qeyri-formal məşğulluğa son qoyaq!” adlı maarifləndirici buklet hazırlanıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Gələcəyimizi qoruyaq: qeyri-formal məşğulluğa son qoyaq!” adlı  maarifləndirici buklet hazırlanaraq qurumun rəsmi internet səhifəsində yerləşdirilib. Bukletin hazırlanmasında məqsəd qeyri-formal məşğulluğun mənfi nəticələri və rəsmi məşğulluğun üstünlükləri  barədə vətəndaşlara geniş məlumat verməkdir.

Bukletdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması zamanı işçinin əldə etdiyi hüquqlar, əmək müqaviləsi olmadan muzdlu işə cəlb edilmiş işçilərə görə məsuliyyət tədbirləri, qeyri-formal məşğulluq və onunla mübarizə yolları, qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarətin həyata keçirilməsi və qanun pozuntusu halları zamanı Dövlət Vergi Xidmətinə şikayət etmə qaydaları və s. haqqında məlumat verilir.

Bukletlə aşağıdakı link vasitəsilə ətraflı tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler

Sosial həyat