Goranboy: daha bir möhtəşəm gün keçdi...

post-img

Azərbaycan xalqının dahi oğlu, Fenomen Şəxsiyyət, Müasir və Müstəqil  Azərbaycan dövlətinin qurucusu  Ümummilli Lider Heydər Əliyevin Goranboy rayon mərkəzində ucaldılmış abidəsi, “15 iyun Milli Qurtuluş Günü” ilə əlaqədar ziyarət olunmuşdur. 

Rayon icra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, YAP rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının və  xidmət sahələrinin rəhbərləri, rayon ictimaiyyətinin fəalları, ağsaqqallar və ziyalılar mərasimdə iştirak edərək abidənin önünə gül dəstələri düzmüş, Ümummilli Liderin xatirəsini yad etmişlər.

Tədbir “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarıdır” mövzusunda Goranboy Olimpiya İdman Kompleksində davam etdirilmişdir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, “Xalq qəzeti”- nin bölgə müxbiri, Əməkdar jurnalist Hamlet Qasımov, YAP rayon təşkilatının sədri və başqaları çıxış edərək Heydər Əliyevin keçdiyi şərəfli yoldan danışmış, onun hər bir azırbaycanlı üçün örnək olduğunu bildirmiş, xatirələrini söyləmişlər.
     

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri





















Sosial həyat