Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 4-də ümumi çəkisi 4,9 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 40426 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Məlumatı DİN-dən veriblər.
Bundan əlavə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 47 yaşlı Elmir Həmzəyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ondan 6 kiloqramdan artıq marixuana aşkar olunub. Araşdırmalarla saxlanılan şəxsin narkotiki Bakı şəhərinə aparmaq istədiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Həmzəyev barəsində həbs qətimkan tədbiri seçilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ