Bu il məişət zorakılığından zərər çəkmiş 38 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il  məişət zorakılığından zərər çəkmiş 38 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib.

Həmin şəxslər Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərlə əhatə olunublar.

Onların sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb.

Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbəyə qəbul edilən şəxslərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir.

Sosial həyat