54 ailə də doğma yurda qayıtdı

post-img

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı ilə Ağdərə rayonunun Suqovuşan kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Bu mərhələdə Suqovuşan kəndinə 54 ailə – 179 nəfər köçürülüb. Suqovuşana köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bununla da Ağdərə rayonunun Suqovuşan kəndindəki yaşayış kompleksində ümumilikdə, 180 ailə məskunlaşıb. 2,3 hektar sahədə inşa edilən yaşayış kompleksi 5 mərtəbəli olmaqla 5 binadan ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var. Suqovuşan kəndi fasiləsiz elektrik enerjisi, qaz, içməli su və yüksəksürətli internet xətti ilə təmin edilib.

XQ

Sosial həyat