Şəmkir: Bayram tonqalının ətrafına rəsmilər də toplaşdı…

post-img

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Novruz Bayramının sonuncu çərşənbəsi olan Torpaq çərşənbəsini Dəllər qəsəbə sakinləri ilə birgə qeyd edib. 
Bayram şənliyinin keçirildiyi ərazidə bütün mili atributlar- xalçalar, tarixi və novruz adət-ənənələrimizə aid guşələr, boyanmış yumurta, şəkərbura, paxlava və digər şirniyyatlar…

Rayon rəhbəri tonqalı alovlandırıb, milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini özündə cəmləşdirən Novruz bayramı münasibətilə sakinləri təbrik edib, ən xoş arzularını çatdırıb. 

Tədbirdə məktəblilər tərəfindən hazırlanan Novruzun ruhuna uyğun müxtəlif əyləncəli səhnəciklər, rəqslər və musiqili ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Şəmkir













Sosial həyat