Xəzər və Nəsimi rayonlarında oğurluq edilib

post-img

Xəzər rayonu ərazisində bir nəfərin avtomobilindən 1900 manat pul və bank kartlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı P.Talıbov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nizami rayonu ərazisindəki evlərin birindən 970 manat pulu və 730 manat dəyərində televizoru oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Əliyevin saxlanılması da təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat