NDU-da inklüziv təhsil müzakirəsi

post-img

Naxçıvan Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika Elmi konfransı keçirilib.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, NDU-nun Beynəlxalq Məktəbində keçirilən konfrans Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və Xəzər Universitetinin birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsı nazirliklərinin iştirakı ilə təşkil olunub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev giriş sözü ilə tədbiri açıq elan edərək bildirib ki, konfrans müxtəlif əqli və məhdud fiziki imkanlı uşaqların geniş çeşidli tədris fəaliyyətlərinə cəlb edilməsinə dair aparılmış tədqiqatların müzakirə edilməsi, problemin həlli yollarına dair təkliflərin dəyərləndirilməsi məqsədi daşıyır.

Elmi məclis Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfovun, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadənin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanovun, Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyevin, Xəzər Universitetinin humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Aygün Verdiyevanın çıxışları ilə davam edib.

Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan

Sosial həyat