Azərbaycan Xüsusi Olimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransı keçirilib.
Konfransda komitəyə yeni sədr seçilib. Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov komitənin yeni rəhbəri olub.
Xatırladaq ki, Xüsusi Olimpiya Hərəkatı əqli imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan insanlara atletik bacarıqlarını bütün səviyyələrdə nümayiş etdirməyə imkan yaradır.