Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin iclası keçirilib

post-img

Martın 5-də Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin iclası keçirilib.

İclasda Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev də iştirak edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Şuranın fəaliyyəti, 2025-ci ildə planlaşdırılan işlər barədə ətraflı məlumat verib.

Prezident Administrasiyasının nümayəndəsi Tural Əliyev bildirib ki, ağsaqqalların cəmiyyət həyatında proseslərin tənzimlənməsində xüsusi rolu var. O, Prezident Administrasiyasının qarşıdakı dövrdə Azərbaycan Ağsaqqallar Şurasından gözləntilərini diqqətə çatdırıb.

Toplantıda İdarə Heyətinin üzvləri müxtəlif təkliflərlə çıxış edib, suallar cavablandırılıb, zəruri qeydlər götürülüb.





Sosial həyat