Şuşada gənclik bayramı

post-img

Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə 2 Fevral Azərbaycan Gəncləri Günü ilə bağlı toplantı keçirilib. Şənlikdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün də uğurla davam etdirilən gənclər siyasətindən bəhs edib. Bildirib ki, müəllimlərin işə qəbulunda, təhsil müəssisələrində müvafiq vəzifələrə təyinatda innovativ və müasir düşüncəli gənclərə üstünlük verilməsi, gənclərə stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi gənclər siyasətinin bariz nümunəsidir. O, həmçinin gənclərin təhsildə rolu və bu gün işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərmənin önəmindən və məsuliyyətindən də danışıb.

Daha sonra gənc təhsil işçiləri öz təbriklərini tədbir iştirakçıları ilə bölüşüblər. Şagirdlər tərəfindən müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Gənclər siyasətinin həyata keçirilməsində səmərəli və aktiv ­fəaliyyətinə görə bir qrup müəllim və təhsil işçisi təltif olunub.

XQ

 

Sosial həyat