Qəhrəmanlıq yolunun şöhrət ünvanı

post-img

Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda yaradılan Zəfər Muzeyi abidə-kompleksinin gələcək ekspozisiyası indidən kompleksləşdirilir və zənginləşdirilir.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayından Zəfər Muzeyi üçün eksponatların toplanılması İstiqlal Muzeyinə həvalə olunub. Hazırda yeni muzey üçün 9255 eksponat toplanılıb. Muzeyin direktoru Sədi Mirseyiblinin dediyinə görə, Birinci və İkinci Qarabağ müharibəsi   şəhidlərinin ailələrindən, qazilərdən əşyaların toplanılması işi davam edir. Burada Vətən müharibəsi zamanı şəhid olmuş mülki şəxslərin də əşyaları toplanır.
Burada Polad Həşimova, Xudayar Yusifzadəyə, Rəşad Babayevə aid əşyalar artıq tam komplektləşdirilib.
Yeni muzeyin yaradılmasının başlıca amalı gələcək nəsillərdə güclü hərbi-vətənpərvərlik ruhunun aşılanmasına xidmət etməkdir.     

XQ

Sosial həyat