“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklik ediləcək

post-img

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişikliklər ediləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yanvarın 23-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna 49.5-ci maddə əlavə edilir. Həmin maddəyə görə, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün həmin qurumun hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir.

Sənədə əlavə edilən qeyd hissəsinə əsasən isə, bu Qanunun 49.5-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələr" dedikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən baxılan və həmin orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən və ya inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başa düşülür.

Sosial həyat