Naxçıvan polisinə yeni avtomobillər verilib

post-img

Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarına yeni avtomobillər verilib.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən  “Xalq qəzeti”nə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir.

Bu istiqamətdə görülən işlər çərçivəsində müasir texnologiyalarla təchiz edilmiş "Kia Sportage" “Kia Optima” “BMW” markalı avtomobillər ictimai təhlükəsizliyin daha da etibarlı qorunması, gündəlik fəaliyyətdə operativliyin artırılması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.

Səbuhi HƏSƏNOV

Sosial həyat