Aktau yaxınlığında baş verən təyyarə qəzasında xəsarət alan və 6 gün ərzində reanimasiya şöbəsində müalicə olunan üç Azərbaycan vətəndaşı xüsusi təyyarə ilə vətənə göndərilib.
AZƏRTAC Manqistau vilayəti akiminin mətbuat xidmətinə istinadən xəbər verir ki, xəsarət alanlar dekabrın 25-dən vilayət çoxprofilli xəstəxanasının reanimasiya şöbəsində müalicə olunurdular.
Hazırda Manqistau vilayət çoxprofilli klinikasında təyyarə qəzasında xəsarət alan xəstələr yoxdur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana