Təmiz hava – birinci dava

post-img

Ağ ciyərlər havaya, tüstüyə, ətraf mühitə həssasdır, onlar orqanizmin süzgəc orqanıdır. Bəs ağ ciyərlərimizi qoruyuruqmu? Xarici mətbuat ağ ciyərləri təmizləyib xəstəliklərin qarşısını alan qidaların siyahısını açıqlayıb. Şübhəsiz, birinci yerdə təmiz hava dayanır. Göstərilən təbii qidalar isə ağ ciyərlərin sağlam olmasına kömək edir:

Sarımsaq. Tənəffüs sisteminin ən önəmli orqanı olan ağ ciyərlərin tam gücü ilə işləməsini dəstəkləyən qidalardan biridir. Antibiotik təsir göstərən sarımsaq, tərkibindəki bir çox vitaminlə ağ ciyər xərçənginə qarşı qoruyucudur. Yemək zamanı bir diş çiy sarımsaq yeməyin ağ ciyərlərə təmizləyici təsir göstərdiyi elmi olaraq sübut olunub.

Zəncəfil. Çirkli hava şəraiti siqaret və müxtəlif faktorlar ağ ciyərlərdə toksinlərin yığılmasına səbəb olur. Ağ ciyərləri təmizləmə gücü olan digər qida isə zəncəfildir. Bir litr suya yarım baş zəncəfil töküb hər gün 2 fincan qədər içmək ağ ciyərləri zərərli maddələrdən təmizləyir.

Kərəviz. Kərəviz ağ ciyərlər üçün olduqca faydalıdır. Siqaret çəkənlər kərəvizdən bol-bol istifadə etməlidirlər. Kərəvizi salat olaraq və yeməklərdə istifadə etmək ağ ciyərləri təmizləməyə yardım edir. Mövsümündə həftədə iki və ya üç dəfə yemək tövsiyə edilir.

Üzüm çəyirdəyi. Üzüm qədər, onun çəyirdəyi də sağlamlıq baxımından olduqca faydalıdır. Çəyirdək təbii antioksidantdır və xüsusilə, ağ ciyər xərçənginə qarşı qoruyucu təsiri var. Qara üzümün çəyirdəyi sağlamlıq üçün olduqca vacibdir. Buna görə də üzümü mütləq çəyirdəyi ilə yemək tövsiyə edilir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat