Təyyarə qəzası nəticəsində xəsarət almış vətəndaşlar Bakıya gətirilib

post-img

Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Prezident İlham Əliyevin tapşırığına əsasən Aktauya göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyyarəsi ilə Bakıya gətirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yeddi zərərçəkmişi gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda enib.

Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.





Sosial həyat