Həmyerlimiz “Rus mükafatı” ədəbi müsabiqəsinin qalibləri sırasında

post-img

Dekabrın 11-də Moskvada Rusiya Yazıçılar Birlikləri Assosiyasiyası tərəfindən Rusiyadan kənarda yaşayan və rus dilində yazan müəlliflərin “Rus mükafatı” adlı Beynəlxalq Ədəbi Müsabiqəsi təşkil edilib.

Müsabiqədə həmyerlimiz, şair Ədalət İsmayılov (Mədədoğlu) da iştirak edib. Onun “Daltonik” (“Rəngbilməz”) poeması “Poeziya” kateqoriyasında münsiflər tərəfindən ikinci yerə layiq görülüb. İkinci yerin qalibini təqdim etmək üçün səhnəyə çıxan münfislər heyətinin üzvü, şair Dmitri Vodennikov Ədalət Mədədoğlunun poetik əsəri haqqında danışarkən “möcüzəyə səs verdiyini” etiraf edib.

Qeyd edək ki, Beynəlxalq Ədəbi Müsabiqənin mükafat fondu 5 milyon rubl təşkil edir. Bu il müsabidə 55 ölkədən 591 müəllif iştirak edib. Qaliblər birinci yer üçün 1 milyon, ikinci yer üçün 800 min və üçüncü yer üçün 700 min rublla mükafatlandırılıb.

XQ

Sosial həyat