Praqada Ümummilli Lider Heydər Əliyev anılıb

post-img

Praqada Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə mədəniyyət nümayəndələri və Azərbaycan diasporunun fəalları görkəmli siyasi xadimin həyat və fəaliyyətindən, Azərbaycan üçün xidmətlərindən söz açıblar.

Azərbaycan Mədəniyyət Evinin rəhbəri, şair və dramaturq Leyla Cəfərova (Begim) Ulu Öndər haqqında danışarkən “Ümummilli Lider Heydər Əliyev yalnız müasir Azərbaycan dövlətinin siyasi lideri və memarı kimi deyil, həm də mədəniyyətimizin qoruyucusu kimi tarixə düşüb”, - deyə vurğulayıb.

Qlobal miqyaslı siyasətçi, dahi şəxsiyyət Heydər Əliyev haqqında dünya liderlərinin və mədəniyyət xadimlərinin çıxışlarını əks etdirən video çarx nümayiş olunub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Elegiya”sı səsləndirilib.

Qeyd edək ki, Praqa şəhərində yerləşən Azərbaycan Mədəniyyət Evi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə cari ildə açılıb və aktiv fəaliyyət göstərir.

XQ





Sosial həyat