Göygöl Milli Parkını 170 mindən çox turist ziyarət edib

post-img

Bu ilin ötən dövründə Göygöl Milli Parkını 170 mindən çox turist ziyarət edib.

Göygöl Milli Parkının direktoru Fuad Quliyevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, bunlardan 168 min 500-ü yerli, qalanı xarici turistlərdir. Şəhid ailəsi üzvləri, qazilər və veteranlardan ibarət imtiyazlı turistlərin ümumi sayı 6500 nəfərdən çox olub. Onlar milli parkın ərazisinə ödənişsiz daxil olublar.

İl ərzində ayrı-ayrı qruplar 150 dəfə dağ ekoturizm marşrutlarından istifadə ediblər.

Zəngin biomüxtəlifliyə malik milli parkda ziyarətçilər 10 marşrut boyunca unikal təbiət mənzərələrini seyr edir və asudə vaxtlarını səmərəli keçirirlər. Onlar ən çox Göygöl və Maralgölü görməyə can atırlar. Yaxın gələcəkdə rayonlararası böyük dairəvi ekoturizm marşrutlarının müəyyən edilməsi də nəzərdə tutulur.



















Sosial həyat