Reyhanın ağı da, qarası da...

post-img

Ölkəmizdə reyhanın ağ (yaşıl) və qara (bənövşəyi) deyilən 2 növü mövcuddur. Reyhan zəngin antioksidant tərkibi və güclü bioloji xüsusiyyətləri ilə sağlamlıq üçün çox faydalıdır: Onun xərçəngə qarşı mübarizədə dəstəkçi rolu məlumdur.

Tərkibindəki flavonoidlər, polifenollar və antosiyaninlər bədəndəki sərbəst radikalları zərərsizləşdirərək hüceyrə zədələnməsinin qarşısını alır. Xüsusilə, onun iltihab əleyhinə təsiri xərçəng hüceyrələrinin yaranma və yayılma riskini azaldır.

Reyhanın tərkibində olan maddələr bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərə bilər. Məsələn, bağırsaq, dəri və döş xərçəngi kimi xəstəliklər buna aiddir. Antioksidant xüsusiyyətləri insanda immuniteti gücləndirir, bədəni toksinlərdən təmizləyir və sağlam hüceyrə funksiyalarını dəstəkləyir.

Reyhanı göyərti kimi yemək, salatlarda istifadə etmək, kompotunu hazırlayıb içmək də mümkündür. Amma ən məsləhətlisi onu başqa qatqısız və çiy yeməkdir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat