ADA Universitetinin Qazax Mərkəzində – Müəllimlər Seminariyasında “Bir müəllimin manifesti” təhsil proqramının iştirakçılarının, tələbələrin, eləcə də Qazax və ətraf rayonların məktəblilərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş xatirə mərasimi keçirilib.
ADA Universitetinin prorektoru, Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Vəfa Kazdal, ölkəmizin Gürcüstandakı səfirliyinin II katibi Ramiz Hacızadə Ulu öndərin Azərbaycanda və soydaşlarımızın yaşadığı ölkələrdəmilli təhsilin inkişafına göstərdiyi müstəsna xidmətlərdən söz açıblar.
ADA Universitetinin rektoru Hafiz Paşayev və tarix elmləri doktoru, I dərəcəli dövlət müşaviri Dilarə Seyidzadə Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini söyləyiblər, iştirakçıların suallarını cavablandırıblar.
Sonra səyyah Azər Qəribin Prezident Heydər Əliyevin İtaliyaya rəsmi səfərindən bəhs edən “Bir səfərin izi ilə - İtaliya” filmi nümayişi etdirilib.
İştirakçılar həvəskar rəssam, Qazax Müəllimlər Seminariyasının magistratura proqramının tələbəsi Xəyalə Mustafayevanın Ümummilli liderə həsr olunmuş “Tarix yazan imza” mövzusunda sərgisinə baxıblar.
XQ