8 avtomat, 3 tapança, 5 tüfəng...

post-img

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Noyabrın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 3 tapança, 5 tüfəng, 41 patron darağı və 1706 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV
XQ

 

Sosial həyat