Nazir Rəşad Nəbiyev Saatlıda vətəndaşları qəbul edəcək

post-img

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 5 dekabr 2024-cü il tarixində saat 09:30-da Saatlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Sabirabad və Saatlı rayonlarının sakinlərini qəbul edəcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 4 dekabr 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda dekabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.    

 

 

Sosial həyat