Yaponiyanın “Hitaçi” şirkəti olaraq biz artıq 4-cü dəfədir ki, COP konfranslarında iştirak edirik. İlk dəfə biz COP26-da - Qlazqoda iştirak etmişik.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Yaponiyanın “Hitaçi” şirkətinin nümayəndəsi Naoki Yoşida bildirib.
N.Yoşida COP konfranslarında iştirak etməyinin səbəbini də açıqlayıb: “Çoxlu sayda texnologiyalar istehsal edirik ki, bu da iqlim dəyişikliyi problemlərinin həllinə təkan verə bilər. Bizim üçün Azərbaycanda, COP29-da öz texnologiyalarımızı nümayiş etdirmək böyük bir şərəfdir. Biz növbəti COP konfranslarında da iştirak edib texnologiyalarımızı dünya ictimaiyyətinə nümayiş etdirəcəyik”.