Niyyət protokolu imzalanıb

post-img

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və İCESCO-nun baş direktoru Salim M. Əl Malik arasında niyyət protokolu imzalanıb.

Tərəflər arasında imzalanan protokolda qadın və uşaq məsələləri sahəsində birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi; həmin istiqamətlərdə müxtəlif seminarların, təlimlərin, konfransların və simpoziumların keçirilməsi, təcrübə və ekspert mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin təşkili imkanlarının nəzərdən keçirilməsi, həmçinin tərəflər arasında əməkdaşlığın inkişafı üçün səylərin göstərilməsi və aidiyyəti strukturları arasında mütəmadi görüşlərin keçirilməsi məsələləri əks olunub. 

Zərifə HÜSEYNOVA

XQ



Sosial həyat