Qurani-Kərimdə də adı keçən möcüzəli meyvələrdən biri olan nar müalicəvi xüsusiyyətləri ilə diqqət çəkir. İnsan sağlamlığı üçün saysız-hesabsız faydaları olan narın qabığında da qiymətli birləşmələr var və buna görə də istifadə edilməsi məsləhət görülür.
Adətən, nar yeyildikdən, yaxud şirəsi çəkildikdən sonra qabığı atılır. Çində aparılan son araşdırmalar göstərib ki, narın qabığında onun şirəsindən daha qiymətli birləşmələr var. Onda olan ellagik turşunun, bütün xərçəng növləri, xüsusən də döş xərçəngi üçün həm profilaktik, həm də müalicəvi faydaları var.
Tədqiqatlar göstərir ki, nar qabığı pis xolesterolu azaldır və beta hüceyrələrini artırır, diabet xəstələri və ürək-damar xəstələri üçün şirəsindən daha əhəmiyyətli faydalar təmin edir.
Nar qabığında olan ellagik turşu antioksidant, antimutagen və xərçəng əleyhinə təsirli vasitədir.
Alimlər müəyyən ediblər ki, süd vəzi, yemək borusu, dəri, bağırsaq, prostat və mədəaltı vəzi xərçənglərində istifadəsi müsbət nəticə verir.
Z.HÜSEYNLİ
XQ