Afrika ölkələri üçün iqlim dəyişikliyinə uyğunlaşma prioritetdir. Bunun üçün maliyyəmiz və uyğunlaşmanı həyata keçirmə vasitələrimiz olmalıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Anqolanın Ətraf Mühit Nazirliyində iqlim fəaliyyəti və davamlı inkişaf üzrə direktor xanım Cecilia Fernanda Arraz da Silva Bernardo deyib.
Anqolada iqlim dəyişikliyi ilə bağlı milli strategiyanın olduğunu vurğulayan direktor qeyd edib: “Biz müxtəlif tematik yanaşmalarla buradayıq. Biz strategiyanı həyata keçirmək üçün maliyyələşdirmədən əziyyət çəkirik. Hesab edirik ki, COP29 Anqola kimi daha həssas ölkələrə maliyyələşmə cəhətdən yardım qərarlarının qəbul edilməsində həlledici rol oynayacaq”.