Noyabrın 11-də COP29 çərçivəsində İslandiya innovasiyasında layihə menecerlərindən biri, Böyük Britaniyanın gənclərdən ibarət nümayəndə heyətinin üzvü Arianna Abdul-Nur "Heç vaxt görə bilməyəcəyimiz bir gələcək üçün toxum əkmək: zeytun ağacından çıxarılan həyat dərsləri" adlı təqdimatla çıxış edib.
Təqdimatda Arianna Abdul-Nur öz həyatı, təhsili, insanların lazımi resurslara sahib olması və xüsusilə gələcək nəsillərin maraqlarına uyğun hərəkət etməkdən söz açıb.
“İnanıram ki, COP29-da iqlim dəyişikliyi ilə mübarizədə necə irəliləyəcəyimiz haqqında mühüm söhbətlər aparacağıq”, - deyə o bildirib.