Gəncədə Zəfər Günü konserti

post-img

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Meydanında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar möhtəşəm konsert proqramı olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, dini konfensiyanın nümayəndələri,hüquq-mühafizə orqanlarının, həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri iştirak ediblər.

Qeyd olunub ki, 4 il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfər illər, əsrlər keçəcək, unudulmayacaq.2023-cü il sentyabr ayının 19-da Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli anti-terror əməliyyatları isə erməni silahlı birləşmələrinin əzəli və əbədi tarixi Azərbaycan torpaqlarından tamamilə çıxarılması ilə yadda qalacaq.. Beləliklə, Azərbaycanın dövlət suverenliyi bərpa edildi. İndi Azərbaycanın Dövlət Bayrağı Respublikamızın bütün bölgələrində qürurla dalğalanır.

Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı, Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçılar ansamblı, “Xəmsə” Uşaq Rəqs Ansamblı, Yüksəl Əlizadə adına Akustik Musiqi və İncəsənət Mərkəzinin Ansamblı, həmçinin Xalq artistləri Şahnaz Haşımova, Heydər Anatollu və şəhərimizin digər incəsənət xadimləri tərəfindən konsert proqramı təqdim edilib. Konsert proqramında müğənnilərin ifasında vətənpərvər ruhunda bir-birindən şən mahlılar səsləndirilib.

Konsert proqramının sonunda möhtəşəm atəşfəşanlıq olub.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri,

Gəncə    

 









Sosial həyat