Bakımız daha işıqlı, daha gözəl!

post-img

Şəhərin bayram günlərinə özəl işıqlandırılan mərkəzi küçələri 8 noyabrdan etibarən hər axşam çıraqban qalacaq. 

Bakı Abadlıq Xidmətinin orijinal yanaşması paytaxt mərkəzindəki 12 küçənin simasını tamamilə dəyişib. Ərazinin abadlığına – təmizliyin gözlənilməsinə, parklarda yaşıllıqların salınmasına cavabdeh qurum kimi,  şirkətin işıqlandırmaya da yaradıcı münasibəti Bakının qədim binalarının, çiçəkli eyvanlarının gözəlliyini incə bir toxunuşla üzə çıxarıb, həm sakinlərə, həm də Bakının qonaqlarına şərqlə qərbin qovuşmasından yaranmış şəhər mədəniyyətinin maraqlı çalarlarından estetik zövq almaq imkanı yaradıb.         

-  Vidadi küçəsi

- B. Səfəroğlu küçəsi

- Ə. Quliyev küçəsi

- H. Aslanov küçəsi

- L. Tolstoy küçəsi

- T. Xəlilbəyli küçəsi

- İ. Səfərli küçəsi

- M. İbrahimov küçəsi

- Ə. Topçubaşov küçəsi

- R. Rza küçəsi

- Nizami küçəsi

- S. Tağızadə küçəsi

Adı qeyd edilən küçələrdəki memari aydınlatma paytaxtın gecə görüntüsünün gözəlliyini birə beş artırır. Xüsusi led işıqlar memarlıq abidələrinə heç bir ziyan vurmur. Üstəlik layihə üzərində çalışanlar prosesə kreativ yanaşma sərgiləyərək, məsələn, vaxtilə caz musiqisinin mərkəzlərindən sayılan Bakının möhtəşəm keçmişinə işıq salan maraqlı obrazlar da yaradıblar. Yəni söhbət yalnız məsələnin texniki həllini tapmaqdan ibarət deyil, hər küçəyə özünəməxsus, fərqli, onu tanıdan gecə libası seçməkdir. Hazırda işlər davam edir, əminik ki, Bakı axşamlarının ecazkar görüntüsü şəhərimizə gələn qonaqların ən xoş xatirəsinə çevriləcək.









Sosial həyat