Füzuli şəhərində 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər planına əsasən, rəsm sərgisi nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli şəhər Mirzə Uluqbəy adına məktəbdə açılan sərgidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alan şagirdlərin əl işlərindən ibarət rəsmlər nümayiş olunub. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov və tədbir iştirakçıları tərəfindən sərgiyə baxış keçirilib.