Noyabrın 8-i “Zəfər Günü” Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, dini konvensiyanın nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları Gəncənin Şəhidlər Xiyabanını ziyarət ediblər.
Mərasim iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə ucaldılmış “Əbədi Məşəl” abidəsi önünə tər çiçəklər düzüb, şəhid məzarlarını ziyarət ediblər.
Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Gəncə