Qazlı su, yoxsa qaynamış su?

post-img

Bir çox mütəxəssislər qazlı su içməyin zərərli olduğunu iddia edirlər. Dietoloq-həkimlərin fikrincə, bu, səhv məlumatdır.

Rusiyanın məşhur ürək cərrahı, professor Leo Bokeriya hər gün qazlı su içməyi tövsiyə edib. Professorun sözlərinə görə, qazlı suyun tərkibindəki oksigen təhlükəli bakteriyaları öldürür.

Təbii mineral qazlı suyun faydası ondadır ki, tərkibindəki həll olunmuş oksigen bağırsaqlardakı faydalı bakteriyalara kömək edir, zərərli bakteriyaları isə məhv edir. Bundan əlavə, hüceyrələri qidalandırır, qan plazmasını təmizləyir, hemoqlobinin səviyyəsini artırır. Su, həmçinin bədənin qan dövranı, ürək-damar və sinir sistemlərinə müsbət təsir göstərir.

“İnsan orqanizminin, mədə-bağırsaq traktında 2 növ – aerob və anaerob mikrobları mövcuddur. Qazlı su istehlak etdikdə isə onları məhv edirsiniz. Çünki qazlı suyun tərkibində daha çox oksigen var”, – deyə mütəxəssis izah edib.
Rusiyalı professor qaynamış su içməyi “faydasız” adlandırıb. Leo Bokeriya Rusiya mətbuatına verdiyi müsahibəsinin sonunda ona verilən “Qazlı su, yoxsa qaynamış su? Hansı daha faydalıdır?”– sualına belə cavab verib: “Mənə görə qaynamış su heç bir xeyri olmayan, ölü sudur. Onun orqanizmə zərrəcə faydası yoxdur”.


Z.HÜSEYNLİ
XQ

Sosial həyat