Görkəmli Azərbaycan rəssamı Böyükağa Mirzəzadə çox sayda süjetli tabloların, portretlərin, tamaşa tərtibatlarının müəllifidir. İstedadlı fırça ustasının uğurlu tablolarından biri “Pambıq tarlasında” adlanır.
Əsərdə ön planda isə bir neçə zəhmət adamı – qadın, kişilər və uşaqları təsvir olunub. Onların yerdə süfrə açıb nahar etdikləri bir vaxtda
poçtalyon pambıqçı qadınlardan birinə yaxınlaşaraq, ona doğmalarından gətirdiyi məktubu uzadır.
Əsər süjetli tablo janrındandır, istehsalat-məişət mövzusunda təsvir edilib. Bu da rəssamın yaradıcılığının əsas cəhətlərindən biridir.
Qeyd etmək lazımdır ki, bu tablo rənglərin özünəməxsus fon keçidləri, işıq-kölgə effektlərinin ahəngi ilə seçilir. Bu əsərdə sarı, yaşıl, ağ, qırmızı, bir sözlə, al-əlvan rənglər yer alır.
B.Mirzəzadənin bir sıra əsərləri, eləcə də “Pambıq tarlasında” adlı əsəri Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılır.
Leyla HADİ,
tələbə-jurnalist