Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində deputat mandatı uğrunda 13 azərbaycanlı mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.
Bildirilib ki, onlardan ikisi hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” (41) partiyasında, biri “Dəyişikliklər naminə koalisiya” (4) partiyasında, digər ikisi “Birlik-Milli Hərəkat” (5) partiyasında, biri “Güclü Gürcüstan” (9) partiyasında, dördü “Gürcüstan Birlik və İnkişaf” (3) partiyasında və üçü “Birləşmiş Gürcüstanımız” (12) partiyasında təmsil olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi